Ərli xanımların təxminən yarısının özlərini narahat və naqolay hiss etmələrinin ilkin səbəblərindən biri tapılıb. Sən
demə, qadınların özlərini izafi çəkili saymaları onların libidosunu və
ehtirasını xeyli azaldır, yataqda “buz”a döndərir. Belə qadınlar
özlərini “çox kök” sanır, bədən ölçüsünə rəğmən, “gombul” olduqlarını
düşünürlər. Sizcə bu hiss yanlışdır, yoxsa acı reallıq?
Sualın cavabını Britaniyanın məşhur psixoloq və
seksapatolorqları olan Haydi Makqir, Eli İnes, Pola Rosdol və Cemayma
Sleyd araşdırıblar. Onların hamısını ətli-canlı, dolğun vücuda malik
xanımlardır. 53 yaşlı Pola evlidir, ərinin də 62 yaşı var. “Təcrübələrə
başladıq və hiss etdim ki, güzgüyə baxanda ruhdan düşmüş, özündən
bədgüman bir qadın görürəm. Hətta cavan və daha arıq görünmək üçün
tez-tez qarnımı içəri çəkdiyimin fərqinə də vardım. Sözün açığı,
bədənimə baxanda onu dəyişmək istəyirdim. Ərimin mənə “sən gözəlsən”
deməyinin də heç bir xeyri yoxdu, çünki izafi çəki mənə əməllicə əzab
verirdi. Özümü pis hiss edir, yataqda ərimə “bu gün yox!” deyirdim”, –
Londonun cənub-qərbində, Uimbldonda yaşayan Pola Rosdol söyləyib. Onun
sözlərinə görə, təcrübə zamanı anlayıb ki, qadınların tam əksəriyyəti
cəmiyyətdəki “gözəl qadın” idealına uyğun olmaq üçün əldən-ayaqdan
düşür, böyük səy göstərirlər. Psixoloq Cemima Sleyd isə hesab edir ki,
qadınlar izafi çəkili olduqlarını düşünməməlidir. “Qadın hər halında
gözəldir və bunu anlamayan xanımlar sürəkli olaraq diskomfort içində
qalırlar. Ona görə də çəkinizi əsla düşünməyin, özünüzə dərd etməyin”, –
C.Sleyd deyib.
Комментариев нет:
Отправить комментарий