Sayta baxış (Ümumi)

четверг, 10 ноября 2011 г.

Süpürgə yoxsa Fahişə


Bu yaxınlarda yanımda hansısa bədii qəhrəmanın dilindən götürülmüş alayarımçıq bir fikir səsləndi: “Qadın evin anası, qulu-köləsi, qadını, bəzəyi, təmizliyi, istisi…hətta fahişəsiymiş”. (Qadını evdən gedən kişinin düşüncələri). Bir sözlə, qadın evin hər şeyidir. Qədri və dəyəri bilinən yerdə. Nədənsə çox vaxt evdə bir bu qədər “statusa” malik qadının doldurduğu yer boşalanda ayılır kişilər: “Sən demə, nələr gedirmiş evdən bir qadının gedişiylə…” Ya da gedən qadın yox, əks tərəf olur. Bu gedişə səbəb isə bir deyil, iki deyil. Bəs günahkar kimdir, qadın, kişi, qayınana, baldız, yoxsa kim, kim, kim? Məsələ orasındadır ki, qadınların çoxu ailə qurdumu, başlayırlar evinə, həyat yoldaşına, onun ailəsinə sədaqətini, qoçaqlığını, bacarığını sübut etmək üçün əldən-ayaqdan getməyə. Təbii ki, bunlar da vacibdir. Amma bu məsələrin içində nə özü yada düşür, üz-gözü, nə saçı, nə əyni-başı.  Bununla olsan-olsan qayınanın-qayınatanın “qoçaq gəlini” ola bilərsən, o da bəxtin gətirsə. (axırda evin “süpürgəsi” olmasan). Bu qoçaq gəlin bir də görür ki, əri evə artıq gec gəlməyə başlayır, bir gün heç gəlmir.

Zəng vurub səbəbini soruşanda “Sənə nə? Arvadsan arvad yerini bil. Bəlkə sənə hesab da verim?” cavabını alırsan, dalınca da “dud, dud, dud…”, telefon üzünə bağlanır və sözün ağzında qalır. Və artıq başlayırsan qonşuların, qohum -əqrəbanın ağzında saqqız olub çeynənməyə: “Eşitmisən, filankəsin əri neçə gündür evinə gəlmir. O gün onu filankəsin evinə girəndə görüblər və s, və s, və s…”(Bizimkilərə də bu lazım deyilmi?) Bu dedi-qodular sənin ağ gününü göy əskiyə bükəndə düşünməli, onu sənin üçün doğma olan bu ocaqdan uzaqlaşdıran səbəbləri axtarmalı olursan : “Görəsən, harda, nə vaxt  səhv etmişəm, neyləmişəm? ” Bu düşüncə, bu xəyalla təsadüfən güzgünün qarşısından keçirsən. Özünü görürsən. Bəs bu sənmisən? Gəl indi onu da fikirləş görək, bəs sən kişi olsan bu qadınla yaşamağa razı olarsan? Söz yox, sən bu ev, bu ailə üçün çox əmək sərf etmisən, danılmazdır. Amma ərin onu hesaba alırmı, sən ona bax.

Demək, ilk dəfə eşidiləndə qulağa çox dəhşət gəlsə də, elə ərinin “fahişəsi” də olmaq  lazım gəlir ki, sonra onu başqa qapılarda axtarmayasan. Düşünəcəksən…necə yəni fahişəsi?  Axı hansı qadın özünə bu adı yaraşdırar? Bəs səni o filankəslərə dəyişməyi necə, özünə yaraşdırırsan? Həəə, fikirləşdin…qərara gəlirsən ki, bu gündən özünə fikir verəcəksən, baxımlı qadın olacaqsan. Həyat yoldaşını hərtərəfli təmin edəcəksən. Qardirobu açırsan…heç vaxt onun üçün geyinmədiyin gözəl və qara rəngli gecə geyimi…Bəzəndin, düzəndin… indi onun gəlməyini gözləyirsən…gec də olsa, o gəlir. Sevincək qapını açırsan. O isə üzünə belə baxmadan: “Yenə kimin ölüb? ”

P.S. Qətiyyən kişilərə haqq qazandırmaq istəmirəm. Amma… dediyim kimi. İslamda da qadının həyat yoldaşının hər baxımdan istəklərinin qarşılanması buyurulub. Həmçinin kişinin də öz qadınına yaxşı münasibəti…“ (Ey möminlər!) Qadınlarınız sizin (övlad əkdiyiniz) tarlanızdır. İstədiyiniz vaxtda öz tarlanıza gəlin! Özünüz üçün qabaqcadan (yaxşı əməllər) hazırlayın! Allahdan qorxun və (qiyamət günü) Onun hüzuruna gedəcəyinizi bilin! (Ya Rəsulum!) İman gətirənlərə (Cənnətlə) müjdə ver.” (Bəqərə-223)

Müəllif: Sevinc Fədai

15 yaşlı qız qohumları tərəfindən zorlanıldı


Neftçala rayonunda baş verən hadisə adamı dəhşətə gətirir.
Gün.Az-ın verdiyi məlumata görə, hadisə keçən ilin fevral ayında baş verib.
Resim yazısı ekle
Belə ki, 15 yaşlı qız mütəmadi olaraq atası, qardaşı və əmisi tərəfindən seksual zorakılığı məruz qalıb.

İlk öncə qardaş bacısına təcavüz edib. O özündən 3 yaş kiçik olan bacısı Gülşəni (ad şərtidir) hamamda çimərkən zorlayıb. Qardaşı onu öldürəcəyi ilə hədələdiyindən Gülşən qorxusundan bu barədə heç kəsə bir söz deyə bilmir. Biqeyrət qardaş hərbi xidmətə yola düşənəcən bacısını bir neçə dəfə zorlayır.

Qardaşından təzəcə canını qurtarmış qızcığaz bu dəfə doğma atası Ziyafət Nəcəfovun hədəfinə çevrilir. Qızına tamahı düşən namussuz ata mütəmadi olaraq onu zorlamağa başlayır.

Yazıq qızın müsibəti bununla da bitmir. Bu dəfə də onu Z. Nəcəfovun həbsdən yeni çıxan qardaşı Rüfət zorlamağa başlayır. Bunu görən Z.Nəcəfov qardaşından polisə şikayət edir.

Fikirləşir ki, qızı atasını satmayacaq, onsuz da əmisi həbsdə olub, bu cinayəti onun həbsə geri qayıtması üçün əsas olacaq. O da qızını zorlamağa davam edəcək.

Lakin hər şey heç də onun istədiyi kimi olmur. Polisə ifadə verən Gülşən doğmaları tərəfindən başına gələn bütün müsibətləri danışır və əvvəlcə qardaşının, daha sonra isə atasının və əmisinin onu zorladığını bildirir.

Lent.Az-ın yazdığına görə, Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Neftçala rayon sakinləri Ziyafət Nəcəfov və onun qardaşı Rüfətə hökm oxunub. Hökmə əsasən, Z.Nəcəfov 10 il, Rüfət Nəcəfov isə 14 il müddətinə azadlıqdan məhrum ediliblər.
22 iyul